L.Həmilton: “Ferrari Bəhreyndə qalib gələ bilər”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ferrari Bəhreyn yarışında sürətli ola bilər.

F-1.az xatırladır ki, sonuncu Dünya Çempionu Avstraliya yarışında rahatlıqla birinci yerdə getsə də, virtual təhlükəsizlik maşınına görə yarışı Fettelin gerisində ikinci yerdə bitirmişdi.

Lyuis Həmilton: “Növbədə Bəhreyn yarışı var. Orada bəzi çatışmayan tərəflərimiz olacaq. Ferrari düzlüklərdə sürətlidir. Buna görə də yarışda üstünlük qazanacaqlar. İsti hava olanda çox güclü çıxış edirlər və bunu keçən il gördük. Bəhreyn gecə yarışı olsa da, təkərlər tez yeyilir.

Məncə, mövsümün ilk 4 yarışında bolidi anlamaq mümkün olmayacaq. Digər komandalar üçün də bu hal keçərlidir. İlk yarışda qələbəni əldən verdik. Lakin mövsümün sonunda çempion olmaq istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*