L.Həmilton: “Fanatların olduğu yerlərdə yarışmalıyıq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula1-in sahibi Liberty Media şirkəti təqvimi genişləndirmək istəyirsə, şəhər tipli trasların sayını artırmalıdır.

F-1.az xatırladır ki, Formula1 təqvimi son 15 ildə çox dəyişikliklər yaşayıb. Təqvimə çoxlu yeni traslar əlavə olunsa da, bunların bəziləri bir müddətdən sonra yarışlardan imtina ediblər.

Lyuis Həmilton: “Formula1 yeni tədbirlərə qarşı baxış bucağını dəyişdirməlidir. Ümid edirəm ki, Amerikada yarışlar olar. Çoxlu trasların təqvimə daxil olmasını istəmirəm. Bəziləri şəhərdən kənardadırlar və insanlar çox yol getməli olur. Məsələn, Çində əhalisi çox olan bir şəhər görürük. Amma trasa çatmaq üçün çoxlu yol qət etməlisiniz. Gözəl trasdır, amma niyə şəhərin kənarındadır anlamıram.

Məncə, gələcək şəhər tipli traslarındır. Ümid edirəm ki, daha çox şəhər tipli tras əlavə edərlər. Düşünürəm ki, Nyu York gözəl olar. Amerika dünyanın böyük bir hissəsini əhatə edir. Amma orada bir yarışımız var.

Məncə, Formula1-dəki və digər avtoidman növlərindəki ən böyük problem sürücülərlə münasibətin qurulmamasındadır. Əgər Messi kimi hiss edirsinizsə, bir top götürüb meydana çıxa və bir klubda oynaya bilərsiniz. Amma mənim etdiyimi edə bilmərsiniz. Bizdən Yer üzündə 22 nəfər var. Mənim gördüyüm işi görmək üçün əlinizdən heç nə gəlməz. Bu insanlar üçün çətin təcrübədir. Sonra gedib onların ölkəsində bir yarış keçirirsiniz. Fanatlar isə eyni hissləri yaşamaq üçün 1 il gözləməli olur. Bu konsertə getmək kimidir. Konsertdən əvvəl həyəcanlanarsınız və bu həyəcan bir müddət davam edər. Sonra onu unudarsınız. Düşünürəm ki, Amerikada daha bir yarış olar. Elə yerlər var ki, orada fanatlar olmasa belə, yarışırıq. Niyə belə yerlərdə yarışırıq? Tədbiri tədbir edən fanatlardır. Məsələn, Silverstoun mövsümün ən əfsanəvi yarışlarındandır. Çünki fanatlarını yığmış tədbirdir. Fanatların olduğu yerlərdə yarışmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*