19 Oktyabr 2018, Cümə - 02:20

L.Həmilton: “F1-də qərar verənlər dəyişilməlidir”

L.Həmilton: “F1-də qərar verənlər dəyişilməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

09:15 - 23 Mart, 2016

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Formula1-in qərar mexanizmində çox adam var və bu mexanizmdə dəyişikliklər olmalıdır…

F-1.az xəbər verir ki, Formula1-də qaydaları Strateji İşçi Qrup, F1 Komissiyası və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası təsdiq edirlər, amma qaydalar əsasən ilk iki qurum tərəfindən hazırlanaraq təklif edilir və üçüncü qurum tərəfindən qəbul edilir.

Lyuis Həmilton: “Düşünürəm ki, yuxarıda qərar verən çox adam var. Onların çoxu böyük ehtimalla heç bilmirlər ki, bolidin içində pilotlar özlərini necə hiss edirlər.

Qərar verənlər fərqli düşüncələrə sahibdirlər. Əgər onlar bir mövzuda razılığa gələ bilməsələr, onda heç bir inkişaf olmur.

Mən belə başa düşürəm ki, daha çox pulu olan və daha çox söz haqqı olan komandalar var və pilotların yarısı bir söz deyir, figər yarısı isə başqa söz deyir.

Mən cavabın nə olduğunu bilmirəm, amma qərar verənlərin sayı az olmalıdır və doğru qərarı verəcək insanlar olmalıdır”.

Lyuis Həmilton 2017-ci ildəki qaydalar barədə də danışıb: “Daha çox mexaniki asfalta ilişmə, daha az aerodinamika olmalıdır. Belə olmasa, öndəki bolidə çata bilmərik.

Hazırda bolidlərin çox sürüşdüyünü görürsünüz, çünki yol tutumu azdır və rəqibə yaxınlaşdıqca yol tutumu azalır. Bu mövzuda heç nə edə bilmirik.

Hamımız yaxın mübarizə apara biləcək istedada sahibik. Ona görə də bunu etməyimiz üçün qaydalarda dəyişikliklər edilməlidir, amma belə görünür ki, onlar bu cür dəyişikliklər etməyəcəklər.

Böyük ehtimalla bizə daha çox asfalta yatma qüvvəsi və yaxşı olmayan təkərlər verəcəklər və gələn il yenə də eyni cür yarışlar olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 350
Teqlər ,
Paylaş

logo