L.Həmilton əsas rəqiblərini sayıb

Formula1 üzrə son Dünya Çempionu Lyuis Həmilton bildirib ki, 2018-ci ildə rəqibləri çox güclü olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il Sebastyan Fettellə çətin mübarizədən qalib ayrılaraq, karyerasının 4-cü Dünya Çempionluğunu qazanmışdı. Amma 33 yaşlı sürücü bu il mübarizəyə Ferstappenlə sabiq komanda yoldaşı Alonsonu da əlavə edib.

Lyuis Həmilton: “Dörd nəfət çox güclü sürücümüz var və bu il çempionluq uğrunda mübarizə çətin olacaq. Fernando, Sebastyan və Maks fərqli xasiyyətli adamlardırlar. Buna görə də onlarla mübarizəyə fərqli yanaşmalıyam. Məsələn, Fettellə yarışanda ona yer açmalıyam. Ona lazımi boşluğu buraxmalıyam. Maks isə gənc və təcrübəsizdir. Riskli manevrlər edir. Buna görə ona da boşluq qoymalıyam. Fernando isə ən güclü sürücüdür. Onunla yarışmağı sevirəm. Ona qarşı hər şeyi düz etməlisiniz. Əminəm ki, bir-birimizə qarşı hörməti saxlayarıq. Ümid edirəm ki, ilin sonunda yenə zirvədə olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*