L.Həmilton: “Emosional anlar yaşadım!”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, W09-la aralarında bağlantı var.

F-1.az xatırladır ki, Meksikada titulu təmin etmiş britaniyalı sürücü Əbu Dabidə trasın rekordunu yeniləyərək, poul qazanıb.

Lyuis Həmilton: “Məni dəstəklədiklərinə görə fanlara təşəkkür edirəm. Mənim üçün emosional anlar idi, çünki bu maşınla son dəfə poul uğrunda mübarizə apardım. Bu bolidə digərlərindən çox bağlanmışam. Mövsüm ərzində çətin anlar yaşadım. Bütün işçilərə təşəkkür edirəm.

Bugünkü dövrəmdən razıyam. İlk dövrəm elə də yaxşı deyildi. Bir neçə dəfə trasdan çıxdım. Arxa tərəf trası tutmurdu. Lakin ikinci dövrəmə yaxşı başladım. Daha aqressiv sürə bildim. Son sektorda rəqiblərimizdən üstün idik. Təxminən 0.4 saniyə qazanmışıq və bu, asan deyildi. Buna görə də razıyam. Bundan başqa Valtteri də əla işlədi. Sebastyan da var qüvvəsiylə mübarizə apardı. Onlarla mübarizə aparmaq gözəl idi. İki bolidlə ilk cərgədə olmaq əladır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*