L.Həmilton: “Əla mübarizə oldu!”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, iki pit-stoplu strategiya seçərək səhv ediblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü fərqli strategiyaya görə 3-cü olub və 5-ci çempionluğunu elan edə bilməyib.

Həmilton 9-cu dövrədə virtual təhlükəsizlik maşını rejimində pitə gələrək SuperSoft təkərlərdən Soft təkərlərə keçib. Bundan sonra hamı qaradərili sürücünün asanlıqla qələbə qazanacağı düşünsə də, o sadəcə 3-cü ola bilib.

Lyuis Həmilton: “Daha yaxşısını edə bilərdik, amma 3-cü yerdən yaxşısı mümkün olmadı. İkinci dəfə pitə gələndə 12 saniyə geriyə düşdüm. Öndəkilərlə fərq çox idi. Bu strategiya haradan çıxdı bilmirəm. Yeni təkərlərlə fərq yaratmaq üçün vaxtınız məhdud olur. 12 saniyəlik fərqlə çox şey etmək olmur.

Ancaq xoşbəxtəm. Ferrari səviyyəni artırıb və növbəti yarışı düşünməliyik. Həmişə hər şeyi dəqiqliklə edə bilmərik. Bilirdim ki, ikinci dəfə pitə gələcəm. Həyatımızı çətinləşdirdik. Kimini təbrik edirəm. Bu gün əla performans göstərdi. Səhv eləmədi. Ferstappen də əla iş gördü. Yarışın sonunda təkərlərimiz daha yaxşı idi”.

Qeyd edək ki, Həmilton mövsümün sonuna 3 yarış qalmış ən yaxın rəqibi Fetteli 70 xal qabaqlayır. Meksika yarışında finiş xəttini 7-ci keçsə belə, 5-ci dəfə Dünya Çempionu olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*