L.Həmilton: “Düzgün strategiya seçməliyik”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Macarıstan yarışında ötmə etmək çətin olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü Hunqarorinqdə sıralanma turunda 4-cü yeri tutub.

Lyuis Həmilton: “Həftəsonu bizim üçün asan keçmir. Boliddə özümü yaxşı hiss etdim. Balans çox pis deyildi. Son atdığımız dövrələrdən başqa hamısı yaxşı idi. Ferrari burada çox güclü görünür və buna təəccüblənmədik. Sürətli olacaqlarını bilirdik. Onların nə vəziyyətdə olduqlarını bilmirəm, amma şəraiti düşünsək, əla iş gördük. Yaxşı strategiya seçməsək, qatarın arxasında qala bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*