L.Həmilton: “Builki çempionluq əhəmiyyətli olacaq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, çətin 2018-ci ildə çempion olmaq çox əhəmiyyətlidir.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu mövsümə pis başlayıb və 3 yarış keçsə də, hələ qələbəsi yoxdur.

Lyuis Həmilton: “Növbəti yarışların necə keçəcəyini heç kəs bilmir. Əgər belə davm etsək, çempion olmaq çətin məsələdir. Əgər mövsümü zirvədə tamamlasaq, bu çox əla olar, çünki bu il mübarizə aparmaq əvvəlki illərə nisbətən çətindir. Amma vəziyyətin belə olması mənim hədəflərimə təsir etmir. Çində ən sürətli komanda deyildik. Melburndan bəri güc itiririk və Çində bir az da itirdik. Bazadakı işçilər əllərindən gələni edirlər. İlk yarışlardan çox şey öyrəndik. Özüm də əlimdən gələni edirəm. Rəqiblərimizin üzərində təzyiqi artırmalıyıq. Onlar da qalib gəlmək istəyirlər. Komanda olaraq işləməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*