20 Oktyabr 2017, Cümə - 08:57

L.Həmilton Britaniyanın ən varlısıdır

L.Həmilton Britaniyanın ən varlısıdır

Müəllif: Rauf Hacıyev, redaktor

20:10 - 07 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Sunday Times nəşrinin ənənəvi olaraq açıqladığı “Britaniyanın 100 varlı adamı” siyahısında birinci yerdədir.

F-1.az xatırladır ki, 2008-ci, 2014-cü və 2015-ci illərin Formula1 üzrə Dünya Çempionu Lyuis Həmilton 131 milyon funt sterlinq sərvəti ilə Böyük Britaniyanın ən varlı idmançısı seçilib. İkinci yerdə 110 milyon funt sterlinqlə Manchester United klubunun futbolçusu Zlatan İbrahimoviç, 3-cü yerdə isə 93 milyon funtla isveçli futbolçunun komanda yoldaşı Ueyn Runi var. Formula1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton isə 86 milyon funtla siyahıda 4-cüdür. Beləliklə, ilk dördlükdə iki futbolçu və iki Formula1 sürücüsü yer alıb.

Yerİdmançıİdman2017-ci ildə sərvəti, milyon funt sterlinqləSon bir ildə artım, milyon funt sterlinqlə
1Lyuis HəmiltonFormula1131.025.0
2Zlatan İbrahimoviçfutbol110.0
3Ueyn Runifutbol93.011.0
4Censon BattonFormula186.09.0
5Rori Makİlroyqolf82.026.0
6Endi Mörreytennis77.020.0
7Joze Mourinyofutbol61.011.0
8Qaret Beylfutbol54.020.0
9Pep Qvardiolafutbol50.0
9Luol Denqbasketbol50.07.0

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 082
Teqlər , , , , ,
Paylaş

logo