L.Həmilton: “Bottas çempionluğun əsas favoritlərindəndir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Avstriyada qalib gələrək, karyerasında ikinci qələbəsini qazanan Bottasa təriflər yağdırıb.

F-1.az xatırladır ki, Həmilton və Fettel mövsümün əvvəlində Sürücülər Çempionatında rəqibləri ilə fərqi artırsalar da, son 3 yarışda 61 xal toplayan finlandiyalı sürücü hər iki sürücü ilə də fərqi azaldıb. Bottas hazırda lider Fetteldən 35, ikinci yerdəki komanda yoldaşı Həmiltondan isə 15 xal geridə qalır.

Lyuis Həmilton: “Valtteri çox yaxşı işlər görür və qətiliklə çempionluğun ən böyük favoritlərindəndir. Məndən sadəcə 15 xal geridə qalır. Bu isə mənimlə Fettel arasındakı fərqdən daha azdır. Son yarışa qədər çempionluq uğrunda mübarizə aparacağını düşünürəm. İlk gəldiyi gündən etibarən əla işlər görür. Onunla aramız yaxşıdır və hər yarışda bir-birimizlə rəqabət apararaq, inkişaf edirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*