22 Oktyabr 2017, Bazar - 01:25

L.Həmilton: “Bolidlə mübarizə apardım”

L.Həmilton: “Bolidlə mübarizə apardım”

Müəllif: Rauf Hacıyev, redaktor

17:01 - 29 Sentyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bu gün bolid istədiyi kimi olmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Malayziyada cümə sərbəst yürüşlərində əsas rəqibi Fetteldən 1.4 saniyə geridə qalaraq, 6-cı olub.

Lyuis Həmilton: “Hazırda nə olduğunu bilmirəm. Komanda da bilmir. Sadəcə bolidimiz stabil deyildi. Sabah problemləri həll edə bilərikmi, bilmirəm. Bu bizə kömək etmir. Bütün gecə işləməliyik. Hazırda yaşadığımız problemlərin səbəbini bilmirəm. Bu, vəziyyəti daha da çətinləşdirir. Sadəcə çətin bir gün idi. Bolidlə mübarizə aparmalı oldum. Balansda səhv edə bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 374
Teqlər , , ,
Paylaş

logo