L.Həmilton boliddən şikayətlənir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 2017-ci il Formula1 bolidlərini sürmək çox çətindir.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu il artıq iki qələbə qazanıb.

Lyuis Həmilton: “Bolidin idarəsi çətin olanda bundan həzz alıram. Bu buğanın və ya atın belinə çıxıb onu idarə etmək kimidir. Bizim bolidimiz də adama eyni şeyləri hiss etdirir. Asan deyil.

Keçmişdə asan idarə olunan bolidlərim oldu. Onlara sazlanma vermək çox asan idi. Lakin mən mübarizəni sevirəm. Mən və mühəndislərim limitdə oluruq. Buna görə də qərar verərkən daha diqqətli olmalıyıq. Bolidin balansı üzərində də çox işləməliyik. Son yarışda radioda səsimi eşitdiniz. O formada mübarizə aparırıq. Mövsüm ərzində bolid təkmilləşməyə davam edəcək. Təkərləri, bolidi və əlimizdəkiləri daha yaxşı öyrəndikcə hər şey yaxşılaşacaq. Bolidi sürmək asanlaşacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*