L.Həmilton: “Belçikadakı kimi yaxın yarış olacaq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, İtaliyadakı yarış Belçikadakına bənzəyəcək.

F-1.az xatırladır ki, İtaliya Qran Prisində cümə günü sərbəst yürüşlərini Bottas birinci olduğu halda, 3-cü yeri tutan Fettel finlandiyalı sürücüdən cəmi 0.14 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Bu gün proqramımız daxilində gözəl dövrələr vurduq və problem yaşamadıq. İlk gün üçün hər şey qaydasında idi. Bolidin balansı yaxşıdır və problem yoxdur. Ümid edirəm ki, belə davam edərik. Sürətliyik, amma Ferrari də güclüdür. Yarış böyük ehtimalla Spadakı kimi olacaq. İki komandanın da tempi güclüdür və bir-birimizə yaxın olacağıq. Amma əsas məqsədimiz qalib gəlməkdir və digər nəticələr bizi sevindirməyəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*