L.Həmilton: “Azarkeşlər kömək etdilər”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Britaniyada sıralanma turunda əlindən gələni edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü son sessiyada ilk cəhdində Fettelə uduzsa da, ikinci cəhdində almaniyalı sürücünü 0.044 saniyə qabaqlayaraq, Silverstounda ardıcıl 4-cü poulunu qazanıb.

Lyuis Həmilton: “Buradakı fanatlardan yoxdur. Onlar ən yaxşısıdır və onları xoşbəxt etdiyim üçün sevincliyəm. Bu gün əlimdən gələni etsəm də, çətin idi. Ferrari-lər çox yaxın idilər və onlar da əla iş görürdülər. Son cəhdimdə fanatların da dəstəyini aldım və əlimdən gələni etdim. Bu uğurda onların da payı var. Sözün açığı, son cəhdimi tam olaraq xatırlamıram. Bəlkə, 13-cü döngədə daha yaxşı idim və fərqi bu əmələ gətirib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*