16 Dekabr 2017, Şənbə - 14:58

L.Həmilton arxayınlaşmayıb

L.Həmilton arxayınlaşmayıb

Müəllif: Rauf Hacıyev, redaktor

19:19 - 24 Noyabr, 2017

Meksikada çempionluğu vaxtından əvvəl elan edən Lyuis Həmilton bildirib ki, son yarışda da qələbə üçün mübarizə aparacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm 9 yarış qazanıb.

Lyuis Həmilton: “Mövsümün ikinci yarısı bizim üçün qüsursuz idi. Komanda əla işlədi və rəqiblərimizi məğlub edə bildik. İndi önümüzdə sadəcə 1 yarış qalıb və hər şeyi əldə etsək də, burada da qalib gəlmək istəyirik. Sebastyan Braziliyada qalib gəldi və onun yenidən qazanmasına imkan verməməliyik. Mövsüm ərzində maksimum güclə hücum etdik. Çox stabil və güclü bolidimiz var idi. Buna görə xoşbəxtəm. Son yarışdan həzz almağa çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 36
Teqlər , , ,
Paylaş

logo