L.Həmilton Amerikada da populyardır…

Berni Ekklstoun Amerikada Formula1-in populyarlğını artırmaq üçün ölkədə bir neçə yarışın keçirilməsinin tərəfdarıdır. Düzdür, amerikalılar Formula1 sürücülərini NASCAR sürücüləri qədər elə də yaxşı tanımırlar, amma Lyuis Həmilton Los Ancelesdə kifayət qədər populyardır...

F-1.az üçqat dünya çempionunun İnstagram səhifəsində maraqlı videoçarx izləyib. Videoda yerli taksi sürücüsü ona deyir ki, “sən Formula1 sürücüsü Lyuis Həmiltona çox oxşayırsan”. Britaniyalı sürücü sualı təsdiq etmədən, onun Lyuisə münasibətini öyrənməyə çalışır.

“Lyuis ideal sürücüdür və yaxşı bilir ki, maşını necə idarə etmək lazımdır”, – deyə taksi sürücüsü cavab verib. Lyuis dəqiqləşdirmək istəyib ki, “onu ən yaxşı sürücü hesab etmək olarmı?” “O, ən yaxşıdır”, – taksi sürücüsünün cavabı belə olub və başa düşməyib ki, sərnişini kimdir.

Bu birinci dəfə deyil ki, Lyuisi küçədə tanımırlar. Keçən il Avstraliyanın Sidney şəhərində gənc ailə küçədə Lyuisi tanımayaraq, xahiş etmişdilər ki, fotoaparatla onların şəklini çəksin…

Hamilton

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*