L.Həmilton Alonsonun yolu ilə getməyəcək

Formula1 üzrə dördqat Dünya Çempionu Lyuis Həmilton bildirib ki, Alonso kimi fərqli seriyalarda yarışmaq fikiri yoxdur.

F-1.az xatırladır ki, avtoidmanın “Üç Tac”ını qazanmaq üçün Formula1-in Monako Qran Prisində, İndy500 və 24 saatlıq Le Man marafonlarında qalib gəlmək lazımdır. İspaniyalı sürücü bu hədəfini reallaşdırmaq üçün bu il İndy500-də yarışmış və qələbəyə yaxın olsa da, mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı. Alonsonun gələn il Le Man marafonunda yarışması gözlənilir.

Lyuis Həmilton: “Məni sadəcə Formula1 maraqlandırır. Keçmişdə fərqli seriyalarda çıxış edən sürücülər var idi. Amma mən bunu istəmirəm. Fernando təqdirəlayiq iş görsə də, bir sürücü üçün ən yaxşı təcrübə Formula1-dir.

Maraqlandığım digər işlər üçün bəzi layihələrim var. Növbəti illərdə bunun nə olduğunu görəcəksiniz. Bu layihələrdə yarışlardan daha çox şey var. Bir gün əlcəklərimi çıxaracam və bunu edəcəm. Ümid edirəm ki, bunu edərkən məni təqdir etməyə davam edərlər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*