L.Həmilton: “Alonso yarışdığım ən güclü sürücüdür”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Alonso yarışdığı ən güclü sürücüdür.

F-1.az xatırladır ki, britaniyalı sürücü 37 yaşlı rəqibi ilə 2007-ci ildə komanda yoldaşı olmuş, Alonso ilə çempionluq uğrunda mübarizə aparmışdı.

Lyuis Həmilton: “Onun getməyinə görə məyus deyiləm. Bunun üçün səbəb yoxdur. Əlbəttə, yarış dünyası onun üçün darıxacaq. Burada ən güclü sürücülərdən idi. Layiq olduğu nəticələri ala bilməməsi utancvericidir. Amma bu idmanda güclü pilot olmaq bəs eləmir. Necə hərəkət etməyin, oyunu necə oynadığın və şahmat oyunundakı kimi fərqli əngəllər arasında özünə necə yer tapmağın çox vacibdir. Lakin o, yarışdığım ən güclü sürücü idi. Ona uğur arzu edirəm.

17 mövsüm çoxdur. Bir sürücü üçün bu qədər yarışmaq və güclü qalmaq asan deyil. Bu, insanların anlamayacağı qədər çox vaxt deməkdir. Ancaq istənilən idman növündə buna hörmət edərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*