L.Həmilton: “Alonso İndy500-ün ən güclüsü olacaq”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Alonsonun İndy500-də yarışmasını dəstəkləyir və Monakoda ispaniyalının əvəzinə Censon Battonun yarışmasını istəyir.

F-1.az xatırladır ki, MCL32-nin performansından narazı qalan Fernando Alonso Monakoda yarışmaqdan imtina edərək İndy500 seriyasında çıxış etmək qərarına gəlib. 35 yaşlı sürücünü əvəz etmək üçün isə ən real namizəd komandanın developer sürücüsü Censon Battondur.

Lyuis Həmilton: “Ümid edirəm ki, Censon qayıdar. Bu əla olar. Hələ də ən güclülərdən biri olduğunu düşünürəm. Çox təcrübəlidir. Onu çox sevirəm. Keyfiyyəti və təcrübəsi ilə orada olmağa layiqdir”.

Həmilton sabiq komanda yoldaşı Alonsonun ünvanına da təriflər yağdırıb: “Biz sürücülər fərqli seriyalarda yarışmağı bilməliyik. Keçmişdə müxtəlif seriyalarda yarışan sürücülər var idi. Məncə, onun etdiyi mükəmməldir. Bu asan olmayacaq, amma Alonso oraya dünyanın ən yaxşı sürücülərindən biri kimi gedir. Orada paddokun ən yaxşı sürücüsü olacaq. Amma ən təcrübəlisi olmayacaq. Təcrübəsi olmadan necə yarışacağını bilmirəm.

İndyCar Formula1-dən fərqlidir. Sazlanmalar, döngələr, təkərlər və başqa şeyləri qısa müddət ərzində öyrənməlidir”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*