11 Dekabr 2018, Çərşənbə axşamı - 08:39

L.Həmilton Alonso ilə mübarizə aparmaq istəyir

L.Həmilton Alonso ilə mübarizə aparmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

20:02 - 16 Dekabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sabiq komanda yoldaşı Alonsonun gələn il çempionluq uğrunda mübarizədə olmasını istəyir.

F-1.az xatırladır ki, McLaren komandası gələn ildən etibarən Renault mühərriklərinə keçəcək. Buna görə də əksəriyyət düşünür ki, Alonso gələn il podium uğrunda mübarizə apara bilər.

Lyuis Həmilton: “Fernando ilə bu il gözəl mübarizəmiz oldu. Onunla bərabər şəraitdə daha çox mübarizə aparmaq istəyərəm. Çətin günlər keçirdilər. 13 yaşımdan etibarən McLaren ilə böyüdüm. Hər sıralanma turundan sonra Fernandonun nəticəsinə baxıram və həmişə inkişaflarını görmək istəyirəm. Onların qəlbimdə ayrı yerləri var. Çünki orada çoxlu uğura imza atdım. Ümid edirəm ki, gələn il onlar üçün yaxşı keçər və mübarizə apararıq. Çünki McLaren ön cərgələrdə olmağa layiqdir. Ümid edirəm ki, gələn il Dünya Çempionu ilə möhtəşəm bir mübarizə apararam.

Ron Dennisin komanda üçün gördüyü işlər qürurvericidir. İndi rəhbərin kim olduğu önəmli deyil. Mənə görə McLaren Ron Dennisin komandasıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər , , ,
Paylaş

logo