20 Oktyabr 2017, Cümə - 05:34

L.Həmilton ac-susuz qalıb

L.Həmilton ac-susuz qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:19 - 18 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bu il bolidin ağırlığını azaltmaq üçün yarışda içki qəbul etmir.

F-1.az xatırladır ki, Mercedes mövsümün əvvəlindən etibarən bolidin ağırlığını azaltmaq üçün əlindən gələni edir. Qeyd edək ki, bolidin sürücü ilə birlikdə minimum ağırlığı 728 kq olmalıdır.

Lakin Mercedes mühərrikli bolidlərin çəkisi digərlərinə nisbətən ağırdır. İlk 5 yarışda bu sahədə inkişaf olsa da, Mercedes komandası ballastlardan istifadə etmək üçün bolidi maksimum yüngülləşdirməlidir. Buna görə də Həmilton su qabından imtina edərək komandasına kömək etməyə çalışır. Su şüşəsinin çəkisi 1-2 kq-dır. Britaniyalı sürücü Barselona yarışında radiodan komandası ilə danışarkən nəfəs-nəfəsə qalmışdı. Belə fikir var ki, bunun səbəbi susuz qalmasıdır.

Lyuis Həmilton: “Bəzi yarışlarda bolid çox qızdığı üçün maksimum tempdə gedə bilmirik. Barselonada isə birinci döngədən sona qədər dayanmadan danışdıq. Xüsusən də birinci pit-stopa qədər hər şeydən istifadə etməyə çalışdıq. Sebastyanı izləmək ölüm kimi idi. Bundan başqa bolidin çəkisini azaltmaq üçün bolidimdə suqabı olmur. Yarışın sonunda gücüm qalmamışdı. Ürəyimin döyüntüsü maksimum səviyyədə idi. Boliddən düşəndə yaxşı idim, amma tullananda… Bir də bunu edərəmmi? Bilmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 526
Teqlər , , ,
Paylaş

logo