L.Həmilon ABŞ Qran Prisinə qədər tam sağalacaq?

Ayağındakı zədəyə görə Barselonada keçirilən 2017-ci ilin təkərlərinin testində iştirak etməyən sürücü Ostindəki yarışa tam hazır olmaya bilər.

F-1.az bildirir ki, Mercedes AMG-dən verilən xəbərə görə, Həmiltonun testə qatılmamasının səbəbi gələn həftəsonu baş tutacaq yarışa qədər tam hazır olmasır.

Lakin iddialara görə, Lyuisin ayağında şiddətli ağrılar olub və buna görə də onu Paskal Verlyayn əvəz edib. Onun vəziyyəti barədə hələ rəsmi məlumat verilməyib. Sky Sports-un yayımladığı görüntülərdən onun yeriyərkən axsadığı aydın olur. FİA belə vəziyyətlərdə sürücüləri cümə axşamı günü bir sıra müayinələrdən keçirir və həkimlər sürücünün yarışıb-yarışmayacağına qərar verirlər. Buna görə də, britaniyalının Ostində sükan arxasına keçib-keçməyəcəyi həftə ərzində bilinəcək.

Lyuis yarışın buraxmalı olsa, onu Verlyaynın əvəz edəcəyi gözlənilir. Belə bir halda Manor da Rio Haryantonun xidmətindən istifadə edə bilər…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*