16 Dekabr 2017, Şənbə - 15:10

L.Fraboni: “Ferrari-nin gələnilki mühərriyi çox güclü olacaq”

L.Fraboni: “Ferrari-nin gələnilki mühərriyi çox güclü olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

19:35 - 14 Oktyabr, 2016

Ferrari-nin baş motorçusu Luici Fraboni bildirib ki, Ferrari-nin 2017-ci il güc qurğusunun inkişafı mükəmməldir..

F-1.az xatırladır ki, hazırkı qaydalara əsasən, komandaların mühərriklərini inkişaf etdirmələri üçün 32 şərti balı var və bu ballar istifadə edildikdən sonra heç bir yenilik edilə bilmir. Amma 2017-ci ildən etibarən komandalara mühərriyi inkişaf etdirməkdə heç bir məhdudiyyət qoyulmayacaq.

Luici Fraboni bildirib ki, bu hal Ferrari-nin xeyrinə olacaq: “Biz Ferrari olaraq şərti ballara qarşıyıq. Bu bizim üçün daha yaxşıdır. Yenə də qaydaları izləməliyik, çünki gələn il 4 güc qurğusundan istifadə edə bilərik. Şərti balların olmaması bizim daha rahat olmağımızı təmin edəcək. Mövsüm ərzində daha çox dəyişiklik edə biləcəyik. Bu mövsüm bütün şərti ballardan istifadə etmişik və xeyli inkişafa nail olmuşuq. 2017-ci ilin güc qurğusunun üzərində işləyirik və indiyə qədər gördüyümüz işlər təsiredicidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 122
Teqlər ,
Paylaş

logo