21 May 2018, Bazar ertəsi - 06:49

L.di Qrassi: “Sürücülərin başı tam örtülməlidir”

L.di Qrassi: “Sürücülərin başı tam örtülməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:10 - 29 Mart, 2016

WEC seriyasında Audi komandasının şərəfini qoruyan Lukas di Qrassi bildirib ki, sürücülərin təhlükəsizliyini artırmaq üçün halo sistemi yetərli deyil və əlavə edib ki, təhlükəsizlik üçün pilotların başının üstü tam örtülməlidir.

F-1.az xatırladır ki, Mercedes AMG və Red Bull komandaları iki fərqli başın qorrunması sistemi ortaya çıxarıblar. Amma sabiq Formula1 sürücüsü di Qrassi bildirib ki, Formula1-də də WEC standartlarına cavab verən başın qorunması sistemindən istifadə edilməlidir.

Lukas di Qrassi: “Ən yaxşısı sürücülərin başının tamamən örtülməsidir. Ona görə də LMP avtomobillərində sürücülərin başının üstü tamamilə örtülür.

Əvvəllər sürücülərin başının üstü təmiz açıq idi, amma sonra yarışlar çətinləşdi və təhlükəsizlik sistemləri inkişaf etdirildi. Bu hər şey üçün yaxşıdır. Aerodinamika üçün belə yaxşıdır.

Hələ halo sistemi ilə bağlı heç bir qərar verilməyib. Hazırlanan sistemlərin də nə qədər bərbad olduğunu görəcəklər. Onlar sürücünün başının tamamilə örtülməsindən qorxurlar, çünki qarışıqlığa səbəb ola bilər. Ona görə də halo sisteminin üstündə işləyirlər.

Mən bu cür şeyləri Formula1-də çox görmüşəm. Halo sistemi 2009-cu ildəki ön qanaq qaydaları kimi axmaq bir sistemdir”.

Braziliyalı sürücü qeyd edib ki, sürücülərin başının tam örtülməsi Formula1 üçün həm performans cəhətdən, həm də təhlükəsizlik cəhətdən xeyir verəcək: “Mənim üçün vacib olan doğru qərar verməkdir. Qalanları isə mühəndislərin işidir. Çarpma testlərində olduğu kimi təhlükəsizlik fərqli bir mövzudur, amma sürücülərin başının tam örtülməsi burada heç bir maneə törətməyəcək.

Bu həm aerodinamika üçün, həm də təhlükəsizlik üçün yaxşı olar. Mən Formula1-in müasirləşməsinin tərəfdarıyam..


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 388
Teqlər , , , ,
Paylaş

logo