17 Dekabr 2017, Bazar - 04:06

L.di Montedzemolo Ferrari-nin tədbirinə çağırılmayıb

L.di Montedzemolo Ferrari-nin tədbirinə çağırılmayıb

Müəllif: Rauf Hacıyev, redaktor

17:55 - 01 Sentyabr, 2017

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo Ferrari-nin 70-ci ildönümü ilə bağlı festivala çağırılmayıb.

F-1.az xtırladır ki, Ferrari Montsada 70-ci ildönümünü qeyd edəcək. Amma italyanların tarixində önəmli rol oynamış Luka di Montedzemolo bu tədbirdə olmayacaq.

Luka di Montedzemolo: “Montsaya dəvət edilmədim. Amma bu önəmli deyil. Əsas odur ki, Ferrari qalib gəlsin”.

Qeyd edək ki, Montedzemolo 1974-cü ildə Entso Ferrari tərəfindən Fomula1 komandasının rəhbəri təyin edilmişdi. O dövrlər Lukanın 27 yaşı var idi. Montedzemolo 1975-ci ildə Niki Lauda ilə ilk Dünya Çempionu titulunu əldə etmişdi. Luka daha sonra Fiat konsernində bir neçə fərqli vəzifədə işləsə də, daha sonra idarə heyətinin rəhbəri Cianni Aqnelli tərəfindən Ferrari-nin prezidenti təyin edilmişdi. Bundan sonra “qırmızılar” 8 dəfə Mühəndislər kubokunda, 6 dəfə isə Sürücülər Çempionatında birinci yeri tutmuşdular. Amma 2014-cü ildə Fiat-Chrysler alyansının rəhbəri Sercio Markionne ilə arası pisləşdiyi üçün istefa etməli olmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 430
Teqlər , , ,
Paylaş

logo