19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:38

Kvyat və Maqnussenə iki cərimə balı verilib

Kvyat və Maqnussenə iki cərimə balı verilib

Müəllif: Elçin Zodorov, redaktor

01:20 - 12 İyun, 2017

Daniil Kvyat ən arxadan start almalı olduğu halda yarışa öz yerindən başladığı üçün, Kevin Maqnussen isə Virtual Təhlükəsizlik Maşını rejimində ötmə etdiyi üçün cəzalandırılıblar.

F-1.az xatırladır ki, sürücülər isinmə dövrəsinə yollanarkən Kvyatın maşınında problem yaranmış və rus sürücü yerindən bütün rəqibləri ötüb keçəndən sonra tərpənə bilmişdi. Kvyat buna görə yarışa ən arxadan başlamalı olduğu halda, öz yerindən start vermişdi.

Stüardlar bu məsələni yarışın gedişində araşdırmış və Daniilə pit yolundan keçmək cəzası verilmişdi. Toro Rosso-nun sürücüsü dərhal pit yolundan keçərək cəriməsini ödəmişdi. Lakin bir qədər sonra düzgün cəza seçilmədiyi məlum olmuşdu – bu qayda pozuntusuna görə ona 10 saniyəlik Stop&Go cəriməsi verilməli idi. Daniil növbəti pit-stopunda da bu cəzasını çəkmişdi. Bunlardan başqa, Kvyat 2 cərimə balı da alıb və artıq onun hesabında 5 bal var.

Analoji cəza Maqnussenə də tətbiq olunub – Virtual Təhlükəsizlik Maşını rejimi ləğv edilməzdən əvvəl start düzlüyündə Stoffel Vandonru ötən danimarkalı sürücüyə 2 cərimə balı verilib. Onun da aktivində artıq 5 bal var.

Qeyd edək ki, hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 719
Teqlər , , ,
Paylaş

logo