Kubitsanın atası: “Hələ heç nə bitməyib”

F-1.az xəbər verir ki, Robert Kubitsanın gələn mövsüm Williams-da çıxış etmək şansları azdır, komandanın yaxın saatlarda bunu rəsmən təsdiq etməsi gözlənilir. Amma atası Artur Kubitsa ümidini itirmir.

Artur Kubitsa: “Biz ümid edirik ki, Robert Williams-ın heyətində yer alacaq. Hələ heç nə itirilməyib. Komanda qərarını Milad bayramından əvvəl verəcəyini bildirib. Yaxşı xəbərlər eşitməyə ümid edirik. Əgər dedikləri vaxta qədər qərar verməsələr, deməli düşündükləri şeylər var. Biz komandanı inandırmaq üçün addımlar atırıq.

Əlbəttə, sürücülər komandaya pul qazandırır. Lakin bəzən pilotun potensialı, təcrübəsi və ustalığı da həlledici rol oynayır”.

Polşa mətbuatının məlumatına görə, Robert bu gün və ya sabah Qrouvda komanda rəsmiləri ilə görüşməlidir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*