16 İyul 2018, Bazar ertəsi - 09:05

Kristina Aqilera Bakıda konsert verəcək

Kristina Aqilera Bakıda konsert verəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:10 - 16 Mart, 2018

Ötən illərdən fərqli olaraq bu il yarış həftəsonunun axşam saatlarında keçirilən əsas konsert proqramları Bakı Kristal Zalında baş tutacaq.

F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən bildirir ki, sonuncu onilliyin ən məşhur ifaçılarından biri olan Kristina Aqilera aprelin 28-də Azərbaycan Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra axşam saatlarında avtoidman həvəskarlarının qarşısına çıxacaq.

Bəstəkar və aktrisa kimi də tanınan müğənni K.Aqileranın 7 albomu bütün dünyada ümumilikdə 43 milyon dəfədən çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən Kristna indiyədək 6 “Grammy” mükafatına layiq görülüb və onun 4 mahnısı “Billboard”-ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb.

“Rolling Stone” jurnalı Aqileraya “bütün dövrlərin ən çox dinlənən 100 ifaçısı”, “Time” jurnalı isə ona “dünyanın ən nüfuzlu 100 şəxsi” sırasında yer verib. “Genie in a Bottle”, “Beautiful” və “Come on Over” kimi ən çox dinlənən ifaları bütün dünyada rekord qıraraq ona bütün dövrlərin ən uğurlu pop vokal ifaçılarından biri adını qazandırıb.

BŞH-nin icraçı direktoru Arif Rəhimov K.Aqileranın yarış ərəfəsində Bakıda konsert verəcəyi xəbərinə çox sevindiyini bildirib…

Arif Rəhimov: “K.Aqileranın Azərbaycan Qran Prisinin yarış həftəsonunun şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O həqiqətən də superstardır və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdır. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun Kristal Zalda avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir şərəfdir və eyni zamanda çox həyəcanverici məqamdır. İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbirsizliklə bu anı gözləyirlər və mən fürsətdən istifadə edərək K.Aqileranın bütün sevənlərini ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və aprelin son günlərində Bakıda bizimlə birlikdə olun!”


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 357
Teqlər , , ,
Paylaş

logo