K.Rəykkönenin motokross komandası olacaq

Formula1-in 2007-ci il dünya çempionu Kimi Rəykkönen elan edib ki, motokross üzrə dünya çempionatına öz komandasını çıxaracaq. Komandanın adı dünya […]

Formula1-in 2007-ci il dünya çempionu Kimi Rəykkönen elan edib ki, motokross üzrə dünya çempionatına öz komandasını çıxaracaq. Komandanın adı dünya çempionunun WRC-də çıxış edəcəyi komandanın adı ilə eyni olacaq – İCE 1 Racing.

Kimi Rəykkönen: “Mən uşaqlıqdan motokrosla məşğul olmaq istəyirdim, amma avtomobilləri seçdim. İndi isə bu idmanda öz komandamı yaratmaq qərarına gəlmişəm, həm də finlandiyalı sürücüləri dəstəkləyəcəm, çünki mənim karyeramın inkişafı üçün heç nəyi əsirgəməyən ölkəmə olan borcumu qaytarmaq istəyirəm.”

Rəykönenin komandasında Kawasaki motiskletlərində iki həmvətəni çıxış edəcək: Toni Eriksson MX1 sinfində və Ludde Söderber MX2 sinfində. Motokross üzrə dünya çempionatının ilk mərhələsi 9-10apreldə Bolqarıstanın Sevliyevo çəhərində keçiriləcək.

Kiminin özü isə ralli üzrə dünya çempionatın yeni mövsümünə hazırlaşır. Keçən həftə o İsveçdə yeni Citroen DS3 WRC maşınının sükanı arxasında testlərdə iştirak edib: “Qarşıda mənim ikinci mövsümüm gəlir, deməli mən bütün sahələrdə güclü olmalıyam, daha az səhvə yol verməliyəm və yüksək nəticələr göstərməliyəm.”

Xatırladaq, ralli üzrə dünya çempionatı İsveçdə 12-14 fevralda baş tutacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*