K.Rəykkönen: “Xal qazandım, amma…”

Bəhreyndə Ferrari komandası mövsümdə ilk xallarını qazanıb – Kimi Rəykkönen onuncu yerdən start alsa da, finiş xəttini altıncı keçə bilib. […]

Bəhreyndə Ferrari komandası mövsümdə ilk xallarını qazanıb – Kimi Rəykkönen onuncu yerdən start alsa da, finiş xəttini altıncı keçə bilib. Amma finişdən sonra finlandiyalı sürücü maşına sürət çatmamsından gileylənib…

Kimi Rəykkönen: “Mən şadam ki, nəhayət bir neçə xal toplaya bildim, amma Ferrari-nin sürəti məni qane etmir. Mən Formula1-də çoxdan çıxış edirəm və altıncı yerə sevinmək mənə yaraşmaz. Biz başa düşürük ki, daha çox işləməliyik. Nəzəri cəhətdən, Barselonada aldığımız modernizə olunmuş yeni maşın irəliyə doğru ciddi addım olmalıdır, amma hələlik aydın deyil ki, rəqiblərlə müqayisədə biz nəyə nail olacayıq.

Bu gün mən F60-dan maksimum yararlandım, düzdür, sonuncu pit-stopda qabaq sol təkərin qapağı məni ləngitdi, buna görə də Rubens Barrikellonu qabaqlaya bilmədim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*