K.Rəykkönen Türkiyə Rallisində beşinci olub

İstanbulun ətrafındakı yollarında Dünya Ralli Çempionatının dördüncü mərhələsi başa çatıb. Mərhələdə qələbəni altıqat dünya çempionu Sebastyen Löb qazanıb – fransalı […]

İstanbulun ətrafındakı yollarında Dünya Ralli Çempionatının dördüncü mərhələsi başa çatıb. Mərhələdə qələbəni altıqat dünya çempionu Sebastyen Löb qazanıb – fransalı sürücü artıq yeddinci tituluna doğru inamla irəliləyir. Mövsümün debütantı Kimi Rəykkönen isə finişdə beşinci olub – bu Formula1 çempionunun yeni seriyada ən yaxşı nəticəsidir. Finlandiyalı sürücü əvvəlki yarışlara nisbətən bu dəfə daha sürətli olub…

Kimi Rəykkönen: “Uik-end bizim üçün uğurlu alındı – biz səhvə yol vermədik, maşınla ciddi problemlər yaşamadıq. Düzdür, digər güclü pilotların trasdan çıxması üznüdən iki mövqe qazandıq, amma bu idmanın bir hissəsidir – düşünürəm ki, biz inkişaf edirik.”

WRC-nin növbəti mərhələsi 7-9 mayda Yeni Zelandiyada baş tutacaq, amma Kiminin komandası oraya yollanmayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*