K.Rəykkönen Toyota-dan təklif alıb

Toyota komandası Kimi Rəykkönenə gələn il üçün müqavilə təklif edib və Con Hauett hesab edir ki, finlandiyalı sürücü yapon komandasında […]

Toyota komandası Kimi Rəykkönenə gələn il üçün müqavilə təklif edib və Con Hauett hesab edir ki, finlandiyalı sürücü yapon komandasında işləyə bilər…

Con Hauett: “Biz xüsusi oxyun aparmırıq, biz şərtlərimizi dedik, bizim gücümüz buna çatır və düşünürük ki, hazırkı iqtisadi durumda bu ciddi təklifdir. Əminəm ki, biz bir yerdə yaxşı işləyərik və ona sürətli maşın verə bilərik.

Toyota-nın hələ rallidə çıxış etdiyi vaxtlarda, bizim skandinaviyalı sürücülərlə yaxşı münasibətlərimiz var idi, biz bir yerdə çalışırdıq və qələbələrə sevinirdik, ona görə də bizim komanda Kimiylə lazımi ünsiyyət qura bilər.”

Son məlumatlara görə, Rəykkönen gələn il hansı komandada çıxş etməsi barədə hələ qərar qəbul etməyib. Ferrari ilə müqaviləsini vaxtından əvvəl pozan finlandiyalı sürücü bir neçə dəfə bildirib ki, gələn il yalnız titul uğrunda mübarizə aparmaq imkanı olan maşının sükanı arxasında yarışmaq istəyir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*