K.Rəykkönen testlərə cəlb olunmayacaq

Bu gün yağan yağış Lotus komandasının planlarını pozub. Jerom D’Ambrozio Mucello testlərinin birinci günü trasda işləyib, sabah və birisi gün […]

Bu gün yağan yağış Lotus komandasının planlarını pozub. Jerom D’Ambrozio Mucello testlərinin birinci günü trasda işləyib, sabah və birisi gün ilkin qrafikə uyğun olmayaraq E20-nin sükanı araxsında Roman Qrojan işləyəcək. Komanda bu addımı bir sürücü ilə daha stabil məlumatların toplana bilməsi ilə izah edib…

Alan Permeyn, yarış direktoru: “Yaxşı gün alınmadı, amma yağışlı havaya baxmayaraq, biz ondan da faydalandıq. Əlbəttə, Jerom birinci dəfə E20-ni yoxladı və maşından çox razı qaldı.

Dəyişən hava şəraitini gördük – sessiyaya keçid təkərlərlə başladıq, sonra Medium sliklərinə keçdik, sonra isə güclü yağış yağdı və biz riks etmək istəmədik. Hər halda testlərin qalan iki günündə Romanın işləməsi üçün yaxşı baza məlumatlar topladıq. Biz qərara aldıq ki, məhz Roman iki gün trasda işləyəcək, bununla biz bu gün itirdiyimiz vaxtı da kompensə etmiş olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*