K.Rəykkönen qayıdır!

Lotus Renault GP komandası (gələn ildən Lotus) elan edib ki, gələn il onun sürücülərindən biri Kimi Rəykkönen olacaq. 2007-ci ilin […]

Lotus Renault GP komandası (gələn ildən Lotus) elan edib ki, gələn il onun sürücülərindən biri Kimi Rəykkönen olacaq. 2007-ci ilin dünya çempionu 2009-cu ildə çempionatı tərk etmişdi, amma yenidən Formula1-ə qayıtmağı qərara alıb. Kimi komanda ilə ikiillik müqavilə imzalayıb.

Kimi Rəykkönen: “Mən ikiillik fasilədən sonra Formula1-ə qayıtmağa şadam və belə bir imkanı mənə verdikləri üçün Lotus Renault GP komandasına minnətdaram. Ralli çempionatında çıxış etmək sürücü kimi mənə faydalı idi, amma son vaxtlar mən yenidən Formula1-ə qayıtmağı arzu edirdim. Lotus Renault GP komandasını seçmək isə çox asan oldu, komandanın ambisiyaları məni təəccübləndirdi. İndi mən komandaya liderliyi qazanmağa kömək edəcəm.”

Jerar Lopes, komandanın həmsahibi: “Son illər biz dəfələrlə demişdik ki, bizim komandamız qarşısına ciddi məqsədlər qoyub. Biz gərgin çalışırıq ki, yeni komandanın bünövrəsi möhkəm olsun, çünki tezliklə yüksək mövqelər uğrunda mübarizəyə başlamalıyıq.

Kiminin Formula1-ə bizimlə qayıtmaq istəyi birinci addımdır, bu addım gələcəkdə bizi daha güclü rəqibə çevirməlidir – növbəti addımları gözləyin. Əlbəttə, elə biz də keçmiş dünya çempionu ilə əməkdaşlığı səbirsizliklə gözləyirik. Bütün əməkdaşlarımız adından Kimini Ənstounda salamalamağa şadam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*