K.Rəykkönen qayıda bilər?

Bir neçə gün əvvəl Red Bull komandasının başçısı Kristian Horner növbəti dəfə Kimi Rəykkönenlə bağlı şayiələri təkzib edib və bildirib […]

Bir neçə gün əvvəl Red Bull komandasının başçısı Kristian Horner növbəti dəfə Kimi Rəykkönenlə bağlı şayiələri təkzib edib və bildirib ki, çox güman ki, gələn il Sebastyan Fettelin komanda yoldaşı elə yenə də Mark Uebber olacaq, amma Silverstounda avstraliyalı sürücü komandanın əmrlərinə məhəl qoymayıb və Sebə hücum edib, nəticədə Uebberin karyerasını başa vurması barədə şayiələr yayılıb…

Əlbəttə, şayiələri ən çox Almaniya mətbuatı şərh edir. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko müsahibəsində bildirib ki, “Uebberdən başqa bizim digər variantlarımız da var”, Bild-in jurnalistləri isə “məxfi plan” barədə yazıblar – yalnız mövsümün sonunda bu plan açıqlanacaq və planın əsas hissəsi Kimi Rəykkönenin Red Bull-a gəlməsi olacaq.

Deyilənlərə görə, ikinci çempion titulu Red Bull-un marketinq proqramının birinci hissəsini başa vuracaq – növbəti qələbələr enerjili içkinin satışını artıra bilməyəcək, amma komandada iki çempionun mübarizəsi – Fettel və Həmilton və ya Fettel və Rəykkönen cütlüyü əlavə maraq doğura bilər.

Rəsmi şərhləri gözləyək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*