K.Rəykkönen NASCAR-ın yüksək liqasının maşınlarını yoxlayıb

Kimi Rəykkönen NASCAR Sprint Cup seriyasının testlərində iştirak edib – bu, Amerikanın ən məşhur seriyasının yüksək liqasıdır. Finlandiyalı sürücü Robby […]

Kimi Rəykkönen NASCAR Sprint Cup seriyasının testlərində iştirak edib – bu, Amerikanın ən məşhur seriyasının yüksək liqasıdır. Finlandiyalı sürücü Robby Gordon Motorsports komandasının Dodge Charger maşının sükanı arxasına oturub.

Seriyanın testləri Virginia İnternational Raceway trasında keçirilir, sürücülər iyunun sonlarında keçiriləcək Sonoma mərhələsinə hazırlaşırlar. Rəykkönenin testlərdə iştirakı barədə komandanın sahibi və əsas sürücüsü Robbi Qordon Twitter-ində bildirib…

Robbi Qordon: “Testlərdə mən sabah işləyəcəm, bu gün isə trasda İceman çalışır. Onun sürətini artırmağa çalışırıq.”

Keçən həftə Kimi ilk dəfə olaraq NASCAR yarışında iştirak edib: o, NASCAR-ın üçüncü liqası sayılan Camping World Truck seriyasında Şarlottada 31-ci yerdən stat alsa da, finiş xəttini 15-ci keçib. Bundan sonra seriya ilə oonu tanış edən Kayl Buş Kiminin ikinci liqada – Nationwide seriyasında çıxışı barədə danışıqlara başlayıb. Deyilənlərə görə, Kimi Toyota Camry-nin sükanı arxasında yarışacaq.

Yeri gəlmişkən, Rəykkönenin debütünü keçmiş komanda yoldaşı Xuan Pablo Mantoyya yüksək qiymətləndirib: “Kimi həqiqətən yaxşı işləyib, o artıq çox şey öyrənib: arxa cərgələrdən start alsa da, bütün yarışı sakit olub, deməli, artıq bu yarışların məntiqini başa düşməyə başlayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*