K.Rəykkönen Maranelloya baş çəkib

Komandalar və sürücüləri mövsümə və mövsümöncəsi testlərə hazırlıqlarını davam etdirirlər – artıq gələn həftənin bazar günü Xeres testləri başlayır. Bu […]

Komandalar və sürücüləri mövsümə və mövsümöncəsi testlərə hazırlıqlarını davam etdirirlər – artıq gələn həftənin bazar günü Xeres testləri başlayır. Bu gün Kimi Rəykkönen Ferrari-nin Maranellodakı bazasına baş çəkib.

F-1.az komandanın mətbuat xidmətinin yaydığı relizi diqqətinizə çatdırır: “Kimi Rəykkönenin bu gün əhvalı xoş idi, Skuderiyanın əməkdaşları ilə görüşərkən daim gülümsəyirdi. Finlandiyalı sürücü Maranelloya qarşıdakı mövsümə hazırlıq çərçivəsində gələrək müəyyən işçi görüşlər keçirib.

Bu günlərdə ata olmağa hazırlaşan Kiminin qrafiki çox sıxdır, amma Kimi təkidlə bazada olmaq istəyirdi. Yeni maşın üzərində iş hələ davam edir, amma kollektiv şəkil çəkdirmək üçün əməkdaşlar bir neçə dəqiqəliyə işlərini dayandırmalı olublar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*