21 May 2018, Bazar ertəsi - 05:10

K.Rəykkönen jurnalistlərə… dondurma paylayıb

K.Rəykkönen jurnalistlərə… dondurma paylayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:41 - 27 Mart, 2012

Bu gün səhər Malayziya Qran Prisinin mətbuat mərkəzində işləyən jurnalistlər xoş sürprizlə üzləşiblər. Lotus komandası hamını dondurmaya qonaq edib, bunun […]

Bu gün səhər Malayziya Qran Prisinin mətbuat mərkəzində işləyən jurnalistlər xoş sürprizlə üzləşiblər.

Lotus komandası hamını dondurmaya qonaq edib, bunun səbəbi isə aydındır: Sepanqada yarışın yağış üzündən yarımçıq dayandırılmasından 3 il keçib, həmin an sürücülərin çoxu maşında oturaraq restartı gözlədikləri halda, Kimi Rəykkönen artıq paltarını dəyişmiş və Ferrari-nin boksunda dondurma yeyərkən kameralara düşmüşdü.

Dondurma ilə birlikdə jurnalistlərə komandanın firma blankında Kimi Rəykkönenin imzaladığı qısa reliz də göndərilib: “Əziz jurnalist dostlarım! Xahiş edirəm, dondurmaya qonaq olun. Ümid edirəm ki, bununla sərinləyəcəksiniz və qarşıdakı Malayziya Qran Prisinə xoş köklənəcəksiniz.”

Twitter-də yer almış çoxsaylı şən qeydlərə əsasən, Lotus komandasının təşəbbüsü mətbuat tərəfindən layiqincə qiymətləndirilib…

kimi10


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 202
Teqlər
Paylaş

logo