K.Rəykkönen hamını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib (video)

Titul qazanamq şansını əldən verdikdən sonra Kimi Rəykkönen bir neçə dəfə demişdi ki, əgər çempionatda qalib gələ bilmirsə, onun üçün […]

Titul qazanamq şansını əldən verdikdən sonra Kimi Rəykkönen bir neçə dəfə demişdi ki, əgər çempionatda qalib gələ bilmirsə, onun üçün ən yaxşısı dördüncü yeri tutmaqdır, çünki yalnız bu halda İstanbula FİA-nın rəsmi mükafatlandırma mərasiminə getmək lazım gəlməyəcək.

Amma Kimi mövsümü 3-cü yerdə başa vurdu və İstanbula uçmalı oldu. Öz azarkeşlərini intizarda qoymamaq üçün finladniyalı sürücü Lotus komandasının mətbuat xidməti ilə birlikdə internetə çox maarqlı bir video yerləşdiriblər.

Əslində bu videoçarx Kiminin stilində hazırlanmış bayram təbriyidir. Amma elə düşünməyin ki, Kimi hamını bayramlarla belə tez təbrik etməyə başlayıb. Avropa ölkələrində dekabrın ilk günlərində Advent bayramı qeyd olunub, Finlandiyada isə bu günlərdə Kiçik Milad bayramı – Pikkujoulu qeyd olunur. Həm də bu bayramı Böyük Milada qədər bayram eləmək olar.

Kiminin ləhcəsində çətin də olsa, belə başa düşmək olar ki, sürücü təəssüf edir ki, bayram günlərini dostları ilə birlikdə ola bilməyəcək, çünki İstanbula uçmalıdır və ona görə də azarkeşlərini təbrik edir, əla mövsümdə onların dəstəyinə görə təşəkkür edir və tezliklə yenidən görüşəcəklərinə ümid edir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*