K.Rəykkönen: “Fetteli keçmək üçün bircə şansım oldu”

Formula1-ə qayıtdıqdan cəmi 3 yarış sonra Kimi Rəykkönen qələbəyə çox yaxın idi, amma finlandiyalı sürücünün bəxti gətirmədi. Finişdən sonra yarışın […]

Formula1-ə qayıtdıqdan cəmi 3 yarış sonra Kimi Rəykkönen qələbəyə çox yaxın idi, amma finlandiyalı sürücünün bəxti gətirmədi. Finişdən sonra yarışın nəticələrini Kimi belə şərh edib…

Kimi Rəykkönen: “Əlbəttə, məyus oldum, çünki bu gün qələbə qazana bilərdim. Sebastyana start-finiş düzlüyünün sonunda hücum etdim, amma səhv trayektoriyanı seçdim, mənim əylənmədə onu yeganə keçmək şansım var idi, amma təkərlər yeyilmişdi. Mən yaxşı başa düşürdüm ki, bir də şansım olmayacaq.

Təəssüf ki, bu dəfə qələbə əlimdən çıxdı, amma mən komandaya görə çox şadam – biz Romanla podiuma qalxa bildik. Bu yaxşı və layiqli nəticədir. Ümid edirəm ki, biz hələ podiuma çox çıxacayıq, axı maşın qələbə uğrunda mübarizə aparmağa imkan verir.

Mən səhvə yol verdim: mən gözləmirdim ki, Massa döngənin girişində sürətini bu qədər azaldacaq, arxadan yavaşca ona çırpıldım, düzdür, bu təmasdan E20 sürətini elə də itirmədi. Mən ön antiqanadı görmürdüm, amma qırıntıların uçduğunu gördüm.

Bu gün qələbə bizə çox yaxın idi. Biz qalan yarışlarda da qələbəyə namizəd olacayıq. Amma bunun üçün gərgin işləmək və maşını təkmilləşdirmək lazımdır. Mən əminəm ki, komanda mövsümün gedişində formasını saxlaya biləcək və mən qələbə qazanmağa çalışacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*