K.Rəykkönen etiraf edib ki, arxada qalan mövsüm ona çox şey öyrədib

2007-ci ilin dünya çempionu Kimi Rəykkönen Britaniyanın Autosport qəzetinə müsahibəsində bildirib ki, ralli üzrə dünya çempionatında keçirdiyi son mövsüm ona […]

2007-ci ilin dünya çempionu Kimi Rəykkönen Britaniyanın Autosport qəzetinə müsahibəsində bildirib ki, ralli üzrə dünya çempionatında keçirdiyi son mövsüm ona peşəkar hazrlığını yaxşılaşdırmağa imkan verib. Xatırladaq ki, finlandiyalı sürücü arxadan qalan mövsümü Citroen Junior Rally Team komandasında keçirməklə çempionatda 10-cu yeri tutub…

Kimi Rəykkönen: “Əlbəttə, bu il mən sürücü kimi daha peşəkar oldum. Ralli Formula1-dən dəfələrlə çətindir, hər halda mənim üçün bu belədir. Əgər çempionatın keçdiyi yollarda yaxşı maşın sürə bilsən, deməli, sən hər yolda yaxşı sürə bilərsən.”

Kimi etiraf edib ki, Formula1-ə qayıtmaq barədə düşünürmüş: “Əlbəttə, belə fikrim var idi, çünki hər şey haqqında düşünməli olursan. Amma mən bu il qayıtmağı ciddi düşünmürdüm, çünki keçən il Formula1 üçün heç darıxmadım. Mövsümün əvvəlində özüm üçün maraqlı idi – Formula1 üçün darıxacam yoxsa yox? Amma məlum oldu ki, mən onsuz da yaşaya bilərəm.

Arxada qalan mövsüm asan olmadı, şünki çox şey öyrənməli idim. Hətta avtoidmanda ilk illərimi xatırladım – eyni hissləri yenidən yaşadım.”

Finlandiya mətbuatında bayramlar ərəfəsində Kiminin gələcək planları barədə narahatlıq böyük yer alıb, bir qədər əvvəl şayiələr gəzirdi ki, Rəykkönenin Citroen-lə yeni müqaviləsi praktiki olaraq bağlanıb və onun imzalanması sadəcə formal xarakter daşıyacaq, amma vəziyyətə Kiminin atasının Milad bayramı ərəfəsində vəfat etməsi təsir edə bilər.

Kay Lindström: “Danışıqlar hələlik dondurulub – hamı Kiminin ailəsində rahatlığın bərpasını gözləyir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*