K.Rəykkönen ən çox qazanan sürücüdür

ESPN portalı keçənilki gəliri ən çox olan idmançıların siyahısını dünyanın 182 ölkəsi üzrə tərtib edib. Siyahıya 17 idman növünün, o […]

ESPN portalı keçənilki gəliri ən çox olan idmançıların siyahısını dünyanın 182 ölkəsi üzrə tərtib edib. Siyahıya 17 idman növünün, o cümlədən 7 avto-moto növünün iştirakçıları düşüblər.

Ferrari-nin sürücüsü Felipe Massa braziliyalı idmançılar arasında birinci olub – keçən il onun gəliri 17 052 632 dollar təşkil edib. NASCAR sürücüsü Xuan Pablo Mantoyya isə 5 088 410 dollar gəlirlə Kolumbiyanın ən çox qazanan idmançısı olub.

Böyük Britaniyada birinci sətri McLaren-in sürücüsü Lyuis Həmilton 18 473 684 dollarla tutub. İtaliyada isə Valentino Rossi 20 800 000 dollar qazanaraq birinci olub. Polşalı Robert Kubitsa (10 657 895 dollar), ispaniyalı Fernando Alonso (22 736 842 dollar) öz ölkələrinin lideri olublar.

Finlandiyanın ən çox qazanan idmançısı isə keçmiş Formula1 çempionu, hazırda ralli üzrə dünya çempionatının sürücüsü Kimi Rəykkönen olub – 26 333 333 dollar qazanan finlandiyalı sürücü keçən ilin dünyada ən çox qazanan sürücüsü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*