K.Rəykkönen: “Bu mənim ən yaxşı ralli yarışım idi”

Kimi Rəykkönenin Dünya Ralli Çempionatında ən yaxşı nəticəsi bir il əvvəl Türkiyədə qazandığı beşinci yerdir. Sonuncu İordaniya mərhələsində finlandiyalı sürücü […]

Kimi Rəykkönenin Dünya Ralli Çempionatında ən yaxşı nəticəsi bir il əvvəl Türkiyədə qazandığı beşinci yerdir. Sonuncu İordaniya mərhələsində finlandiyalı sürücü bu nəticəni təkrarlamağa çox yaxın idi, amma sondan əvvəlki sahədə təkərin deşilməsi üzündən finişdə yalnız altıncı ola bilib. Buna baxmayaraq Citroen sürücüsü çıxışını yüksək qiymətləndirib…

Kimi Rəykkönen: “Mən startdan finişə qədər hücum edirdim və yüksək sürət saxlamağa çalışırdım. İndi mən özümü sükan arxasında daha yaxşı hiss edirəm. Sonuncu yarışın nəticəsi mənim üçün uğurlu olmasa da, yarışdan mən razı qaldım. Çox təəssüf ki, təkər deişldi və mən vaxt itirdim, amma bu yarış mənim rallidə ən yaxşı yarışım idi.”

Kimi öz qrafikinə uyğun olaraq qarşıdakı iki yarışı buraxacaq və bir də iyun ayında Yunanıstanda sükan arxasına keçəcək: “Fasilə məni narahat etmir, yarışdan əvvəl onsuz da testlər keçirəcəyik. Bu normaldır, qışda mən, ümumiyyətlə, sükan arxasında oturmamışdım.”

İordaniya Rallisi keçmiş dünya çempionunun WRC-də 15-ci startı idi. Səkkiz yarışda, o cümlədən mövsümün bütün üç yarışında sürücü ilk onluqda finiş görərək xal toplayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*