K.Rəykkönen boşanır

Kimi Rəykkönen həyat yoldaşı Cenni Dalmandan səkkizillik evlilikdən sonra ayrılıb. Finlandiya mətbuatının bildirdiyinə görə, 33 yaşlı sürücünü boşanma proseduru gözləyir. […]

Kimi Rəykkönen həyat yoldaşı Cenni Dalmandan səkkizillik evlilikdən sonra ayrılıb. Finlandiya mətbuatının bildirdiyinə görə, 33 yaşlı sürücünü boşanma proseduru gözləyir.

Rəykkönen və keçmiş “Skandinaviya Gözəli” 2004-cü ildə evlənmişdilər və Finlandiyanın ən məşhur cütlüyü sayılırdılar, onları hətta “milli Bekhəmlər” adlandırırdılar. Ailə qurduqdan sonra Dalman model karyerasını tərk edərək peşəkarcasına konkurla məşğul olmağa başladı. 2009-cu ildə cütlük 30 milyon Avroya İsveçrədə böyük villa almışdı.

Finlandiyanın İlta Sanomat qəzetinin bildirdiyinə görə, bir neçə həftə əvvəl Cenni həmin evi tərk edib və hazırda ayrı yaşayır. Qəzet xatırladıb ki, keçən ilin oktyabr ayında Cenni Helsinkidə keçirilən at sərgisində barmağında nişan üzüyü olmadan iştirak etmişdi.

Rəykkönenin nümayəndəsi Riki Kuvaya yerli Seiska həftəliyinə təsdiq edib ki, kimi və Cenni ayrılıblar və bunu “kədərli fakt” adlandırıb. Yerli MTV3 telekanalının bildirdiyinə görə, boşanma Lotus sürücüsünə baha başa gələ bilər, çünki Kiminin varidatı 120 milyon Avro dəyərindədir.

Yeri gəlmişkən, iqtisadçı mütəxəssislərin fikrincə, Kimi öz pullarını ağılla xərcləyir: Kiminin aktivində Finlandiyada, İsveçrədə və Tailandda daşınmaz əmlaklar var.

kimi-3

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*