Kimi Rəykkönenin Citroen Junior Team ralli komandasında debütü ərəfəsində Red Bull şirkətinin mətbuat xidməti finlandiyalı sürücünün Citroen C4 WRC-nin sükanı arxasında testlərinə həsr olunmuş videoçarx yayıb.
Kimi şturmanı Kay Lindstryomla birlikdə mərkəzi Finlandiyanın meşə yollarında məşq ediblər, yanvarın 28-də isə ekipaj ilk startına çıxacaq.