K.Pollok Formula1-ə qayıda bilər?

Jak Vilnövün keçmiş meneceri və BAR komandasının başçısı Kreyq Pollok Formula1-ə motor təchizatı ilə məşğul olan şirkətin başçısı kimi qayıda […]

Jak Vilnövün keçmiş meneceri və BAR komandasının başçısı Kreyq Pollok Formula1-ə motor təchizatı ilə məşğul olan şirkətin başçısı kimi qayıda bilər. İspaniya Qran Prisi günlərində Pollok komandaların başçılarına 2013-cü ilin reqlamentinə cavab verəcək motorun layihələrini göstərəcək.

Layihədə MecachromeTEOS şirkətlərinin işlərindən istifadə olunub, Renault Sport-un keçmiş baş meneceri Kristian Kontsen isə məsləhətçi kimi çalışıb. Əgər layihə bəyənilərsə, motorun hazırlanması üçün ciddi vəsait cəlb olunacaq, amma dəqiq məlumdur ki, Jak Vilnöv layihədə iştirak etmir.

Reuters agentliyinə müsahibəsində Pollok bildirib ki, “layihə bu ilin əvvəlindən start alıb və hazırda ilk yeganə model hazırdır, komandalarla danışıqlarda bu model göstəriləcək.”

FİA Polloku və onun layihə üzərində işləyən P.U.R.E. (Propulsion Universelle et Recuperation Energie) şirkətini dəstəkləyir. P.U.R.E.-nin yaydığı mətbuat relizində FİA-nın prezidenti Jan Todta da yer ayrılıb…

Jan Todt: “Biz P.U.R.E.-ni Formula1-də salamlayırıq. 2013-cü ildə qüvvəyə minəcək motor reqlamentindəki dəyişikliklər maya dəyərini və yanacaq məsrəfini azaltmalıdır, eyni zamanda ekoloji təmizlik təmin olunacaq və yeni texnologiyaların inkişafına təkan verəcək. Biz P.U.R.E.-yə işlərində uğurlar arzulayırıq.”

Layihənin növbəti mərhələyə keçməsi üçün bir neçə komandanın, potensial müştərilərin dəstəyini qazanmaq lazımdır, ona görə də yaxın həftələrdə biz Pollokun adını çox eşidəcəyik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*