A.Kosta vəzifəsindən azad olunub

Mövsümün startı Ferrari üçün son illərin ən uğursuzu olub. Əfsanəvi komanda Mühəndislər Kubokunda hələlik üçüncü yeri tutsa da, beş yarışdan […]

Mövsümün startı Ferrari üçün son illərin ən uğursuzu olub. Əfsanəvi komanda Mühəndislər Kubokunda hələlik üçüncü yeri tutsa da, beş yarışdan sonra aktivində cəmi bir pdoiumu var. Belə bir vəziyyətdə Skuderiyanın rəhbərliyi kadr dəyişikliklərinə başlayıb – Aldo Kosta komandanın texniki direktoru vəzifəsindən azad olunub.

İyunun 5-də 50 yaşını qeyd edəcək italiyalı mütəxəssis 2007-ci ilin sonundan bu vəzifəyə təyin olunmuşdu, buna qədər üç il ərzində komandanın baş konstruktoru olmuşdu. Xəbər verildiyi kimi, Aldo Ferrari-nin strukturunda qalacaq və başqa bir işə keçiriləcək.

Son vaxtlar onun müavini olmuş Pət Fray şassi şöbəsinin başçısı təyin olunub, istehsal işləri Korrado Lansoneyə həvalə olunub, Luka Marmorini isə motor və elektronika şöbəsinin başçısı vəzifəsini saxlayıb. Onların üçü də birbaşa komandanın başçısı Stefano Domenikaliyə tabe olacaqlar.

Xatırladaq ki, bu yaxınlarda Williams komandası da texniki direktoru Səm Mayklı tutduğu vəzifədən azad edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*