William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış uik-endi üçün növbəti cədvəllərini tərtib ediblər. Bukmeykerlər son iki yarışda qələbə qazanmış Sebastyan Fetteli qarşıdakı yarışın da favoriti hesab edirlər. Reytinq cədvəllərində sonrakı iki yeri McLaren sürücüləri tuturlar, Alonso və Uebber isə ilk beşliyi tamamlayırlar.
Titula namizədlər siyahısında da dəyişikliklər olub – son yarım ildə ilk dəfə Fettel birinciliyə yüksəlib. Mühəndislər Kubokunda isə Red Bull-un üstünlüyü davam edir…
Yarışda qələbə (sürücülər):
1. S.Fettel – 2.75
2. L.Həmilton – 4.00
3. C.Batton – 7.00
4. M.Uebber, F.Alonso – 9.00
5. K.Rəykkönen – 15.00
6. R.Qrojan, S.Peres – 26.00
7. F.Massa, K.Kobayaşi – 41.00
8. M.Şumaher, N.Rosberq – 81.00
Çempionatda qələbə (sürücülər):
1. S.Fettel – 1.67
2. F.Alonso – 2.62
3. L.Həmilton – 15.00
4. K.Rəykkönen – 41.00
5. M.Uebber, C.Batton – 101.00
Çempionatda qələbə (komandalar):
1. Red Bull – 1.25
2. McLaren – 3.75
3. Ferrari – 34.00
4. Lotus – 101.00