20 Noyabr 2017, Bazar ertəsi - 06:05

Koreya Qran Prisi 2016-cı ilədək təqvimdə qalacaq

Koreya Qran Prisi 2016-cı ilədək təqvimdə qalacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:55 - 23 Mart, 2012

Koreya Qran Prisinin təşkilatçıları Berni Ekklstounla Formula1 yarışınn keçirilməsi haqqını azaltmaq barədə razılaşa biliblər, yerli Korea Herald qəzetinin verdiyi xəbərə […]

Koreya Qran Prisinin təşkilatçıları Berni Ekklstounla Formula1 yarışınn keçirilməsi haqqını azaltmaq barədə razılaşa biliblər, yerli Korea Herald qəzetinin verdiyi xəbərə görə, razılıq həm də illik televiziya lisenziyasına da aiddir.

Qəzetin məlumatına görə, Formula1-in kommersiya başçısı ilə danışıqlar uğurla başa çatıb, müqavilənin şərtləri yenilənib və yalnız bu il təşkilatçılar 20 milyon dollar qənaət edə biləcəklər.

Yeni maliyyə razılaşması avtodromun FOM-la cari müqaviləsi başa çatanadək, yəni 2016-cı ilədək qüvvədə olacaq.

Korea Herald bildirib ki, keçən il Yonam yarışının təşkilatçıları FOM-a 40 milyon dollar ödəyiblər, yəni 2010-cu illə müqayisədə 10% çox. Yeni razılaşmaya əsasən Qran Prinin keçirilmə haqqı dəyişməz qalacaq, yəni ilbəil artmayacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 102
Teqlər
Paylaş

logo