Komandaların orta illik büdcəsi azalıb

İspaniyanın El Mundo Deportivo qəzeti yenicə dərc olunmuş Business Book GP məlumat kitabçasından maraqlı məlumatlar yayıb, kitabçada mövsümün əvvəlinə Formula1 […]

İspaniyanın El Mundo Deportivo qəzeti yenicə dərc olunmuş Business Book GP məlumat kitabçasından maraqlı məlumatlar yayıb, kitabçada mövsümün əvvəlinə Formula1 komandalarının ilkin maliyyə vəziyyətləri qeyd olunub.

FOTA-nın səyləri çempionat iştirakçılarının orta illik büdcəsini 2009-cu ildə 209 milyon Avroya, 2010-cu ildə 119 milyon Avroya və 2011-ci ildə 113 milyon Avroya azaltmağa imkan verib. Düzdür, bu qənaətin böyük hissəsi avtoistehsalçıların getməsi və yeni şəxsi komandaların gəlməsi ilə əlaqədardır.

Varlı böyük və kasıb balaca komandalar arasındakı fərq əvvəlki kimi böyükdür – əgər reytinqin lideri Ferrari-nin builki büdcəsi 199 milyon Avrodursa, Hispania komandası cəmi 34 milyon Avro xərcləyib.

Hərçənd, heç də bütün komandalar büdcələrini azaltmayıblar – yeni müqavilələrin bağlanması və maliyyə strukturlarının dəyişməsi sayəsində Red Bull, Team Lotus, Marussia Virgin və Sauber komandalarının büdcəsi keçən illə müqayisədə böyüyüb.

Bütün bu məlumatlar ilkin versiyadır, dəqiq məlumatlar isə ilin sonunda komandaların dərc etdikləri maliyyə hesabatlarından sonra bəlli olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*